13 May 2019, 22:17
DÖYÜŞ NÖVLƏRİ
Aprelin 8-14-də Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında güləşçilərimiz 13 (4 qızıl, 2 gümüş, 7 bürünc) medal qazanıb. Matc.az xəbər verir ki, bununla bağlı qitə birinciliyindən medalla qayıdan güləşçilərin mükafatlandırılma mərasimi keçiriləcək.
Tədbir sabah saat 13:00-da Azərbaycan Güləş Federasiyasının ofisində start götürəcək.
Mükafatları qurumun rəhbəri Namiq Əliyev təqdim edəcək.