28 Dekabr 2024, 09:39
DİGƏR
Dünya şahmatında qeyri-hadisə baş verib. Matc.az xəbər verir ki, dünyanın ən yaxşı şahmatçılarından olan Maqnus Karlsen ABŞ-nin Nyu York şəhərində keçirilən rapid üzrə dünya çempionatından kənarlaşdırılıb.
Buna səbəb 34 yaşlı qrossmeysterin geyim qaydalarına əməl etməməsi olub. Norveçli şahmatçı cins şalvar geyinib ki, bu, tədbirin statusuna uyğun hesab olunmayıb.
Karlsendən geyimini dəyişməsi tələb oluna da, o, buna əməl etməyib. Bu səbəbdən qrossmeyster turnirdən kənarlaşdırılıb.