Sports.az saytının təşkilatçılığı, Etopaz-ın baş sponsorluğu və "Şah klub"un dəstəyilə media nümayəndələri arasında şahmat üzrə birinci "Həmrəylik kuboku" baş tutub.

Matc.az xəbər verir ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə onlayn formatda təşkil olunmuş turnir 9 turdan ibarət dairəvi sistemlə keçirilib.

Gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışda yekunda 8 xalla İctimai Radionun aparıcısı Əhməd Əliyev çempion olub.

İkinci yeri 6.5 xalla ATV-nin tanınmış aparıcısı İlkin Fikrətoğlu, üçüncü yeri isə 6 xalla Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının media departamentindən Emil Əliyarlı tutub.

Qaliblərə və bütün iştirakçılara Etopaz-ın pul mükafatları təqdim olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest