10 Yanvar 2025, 12:06
FUTBOL
“Əl Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldo daha bir rekorda imza atıb. Matc.az xəbər verir ki, o, buna ölkə çempionatının 14-cü turunda “Əl Ohdud"la oyunda nail olub.
“Əl Nəsr”in 3:1 hesablı qələbə qazandığı matçda komandanın qollarından birini Ronaldo vurub. Portuqaliyalı hücumçu bununla unikal göstəriciyə imza atıb. Belə ki, 40 yaşlı forvard 24 futbol təqvimi ilinin hər birində qol vuran ilk oyunçu adına yiyələnib.
Qeyd edək ki, Ronaldo ilk qollarını 2002-ci ildə "Sportinq"in heyətində "Moreirense"ni məğlub etdikləri görüşdə vurub.