10 Yanvar 2025, 13:44
FUTBOL
"Liverpul"un və "Nyukasl"ın sabiq qapıçısı Loris Karius karyerasını yenidən Almaniyada davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Qolkiper "Şalke" ilə müqavilə bağlayıb. Razılaşmaya əsasən, o, cari mövsümün sonunadək II Bundesliqa təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, "Şalke" hazırda turnir cədvəlində 13-cü yerdə qərarlaşıb.