"Bavariya"nın qapıçısı Manuel Noyer zədəsini sağaldıb və Almaniya çempionatının 16-cı turunun Münhenqladbax "Borussiya"sı ilə oyunda iştirak edə biləcək.

Matc.az xəbər verir ki, bu barədə "Bavariya"nın rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, 38 yaşlı qolkiper 2024-cü il dekabrın 3-də Almaniya kubokunun 1/8 final mərhələsində Leverkuzen "Bayer"i ilə matçda (0:1) zədələnib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest