"Barselona" "Yuventus"un mərkəz müdafiəçisi Ronald Arauxo üçün ilk təklifini rədd edib.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubu uruqvaylı futbolçunu komanda üçün vacib oyunçu hesab edir, yalnız özü transfer istəyərsə, onu satmağa hazırdır.

"Barselona" futbolçunu 70 milyon avro dəyərində qiymətləndirir və müdafiəçinin kuboklar uğrunda mübarizədə onlara kömək edəcəyinə inandıqları üçün ən azı cari mövsümün sonuna qədər komandada saxlamaq istəyirlər.

Qeyd edək ki, Arauxonun "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest