Novak Cokoviç "Böyük Dəbilqə" yarışlarının tarixinə düşüb.

Novak Cokoviç "Böyük Dəbilqə" yarışlarının tarixinə düşüb.

Matc.az xəbər verir ki, serbiyalı tennisçi 430-cu matçını keçirərək, mütləq rekordçu olub.

Cokoviç bu göstəricidə hesabında 429 oyun olan Roje Federeri (İsveçrə) arxada qoyub. Australian Open-2025-in ikinci mərhələsində portuqaliyalı Xayme Faria ilə görüş Novak üçün əlamətdar olub. Serbiyalı raketka ustası 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Serena Uilyamsın hesabında 423, Rafael Nadalın isə 358 matç var.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest