Bu gün UEFA Avropa Liqası Liqa mərhələsinin VII turunda "Qarabağ" növbəti oyununa çıxır.

Matc.az xəbər verir ki, təmsilçimiz Bakıda Rumıniyanın FCSB klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, "Qarabağ" sonuncu turda səfərdə Yunanıstanın "Olimpiakos" komandası ilə üz-üzə gələcək.

Avropa Liqası
Liqa m
ərhələsi, VII tur
23 yanvar

21:45. "Qarabağ" – FCSB
Hakimlər: Filip Qlova, Daniel Polaçek, Peter Bednar və Lukaş Dzivyak
Tofiq Bəhramov adına Respublika Stadionu

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest