Bu gün UEFA Avropa Liqası Liqa mərhələsinin VIII turunda "Qarabağ" son oyununa çıxıb.
Matc.az xəbər verir ki, təmsilçimiz Liqa mərhələsinin sonuncu turunda Yunanıstanda "Olimpiakos" ilə üz-üzə gəlib.
"Karaiskakis" stadionunda baş tutan qarşılmada Ağdam klubu rəqibinə 3 cavabsız qolla məğlub olub.
Liqa mərhələsində 8 oyundan sonra aktivində 3 xalı olan "Qarabağ" Avropa Liqasındakı çıxışını dayandırıb.
Avropa Liqası
Liqa mərhələsi, VIII tur
30 yanvar
"Olimpiakos" – "Qarabağ" - 3:0
Qollar: El-Kaabi, 56, 60, Biankone, 89
Hakimlər: Radu Petresku, Radu Cinqulaç, Mirça Mixail Qriqoriu, Marsel Birsan
"Karaiskakis" stadionu
"Olimpiakos": 88. Tzolakis (k), 4. Biankone, 5. Pirola, 9. El-Kaabi, 10. Gelson Martins, 11. Velde, 14. Dani Garsiya, 16. David Karmo, 20. Kostinya, 32. Hezze, 84. C. Kostulas
Ehtiyat oyunçular: 1. Paşalakis, 99. Anaqnostopulos, 3, Orteqa, 8. Stameniç, 17. Yaremçuk, 19. Masuras, 22. Çikinyo, 23. Rodiney, 27. Sergio Oliveyra, 45. Retsos, 65. Apostolopulos, 96. Mouzakitis
"Qarabağ": 99. Koxalski, 2. Silva, 6. Julio Romao, 8. Yankoviç, 10. Zubir (k), 13. Mustafazadə, 15. Leandro Andrade, 7. Benzia, 44. Cəfərquliyev, 81. Medina, 90. Axundzadə
Ehtiyat oyunçular: 97. Buntiç, 21. Kaşuk, 11. Addai, 20. Riçard Almeyda, 22. Qurbanlı, 24. İsayev, 27. T. Bayramov, 29. Veşoviç, 30. A. Hüseynov. 55. B. Hüseynov, 66. Patrik Andrade