03 Fevral 2025, 16:26
FUTBOL
"Fiorentina" rəhbərliyi komandanın futbolçusu Kristian Kouameni icarəyə göndərib. Matc.az xəbər verir ki, bu barədə Florensiya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 27 yaşlı forvard karyerasını "Empoli"də davam etdirəcək. Kristian yeni komandası ilə cari mövsümün sonunadək nəzərdə tutulmuş sözləşməyə qol çəkib.
Qeyd edək ki, Kouame cari mövsümdə 27 oyunda 1 qola imza atıb.