Sadiq Gəncə futbol məktəbinin yetirməsidi.

"Turan Tovuz"un futbolçusu Sadiq Şəfiyev karyerasını “Kəpəz”də davam etdirəcək. Matc.az xəbər verir ki, Gəncə təmsilçisi gənc hücumçunu cari mövsümün sonunadək icarəyə götürüb.

Bu barədə “Kəpəz”in mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Sadiq əslində Gəncə futbol məktəbinin yetirməsidi. O, 2020-2021-ci illərdə "Kəpəz"də oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest