Rezabala ilə yeni sözləşmə barədə danışıqlar müsbət nəticələnməyib və tərəflər arasında yeni razılaşma əldə olunmayıb.

"Sumqayıt" daha bir futbolçusu ilə əməkdaşlığı dayandırıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “kimyaçılar” Cordan Rezabala ilə yolları ayırıblar. Rezabalanın müqaviləsinin müddəti başa çatıb. Onunla yeni sözləşmə barədə danışıqlar müsbət nəticələnməyib və tərəflər arasında yeni razılaşma əldə olunmayıb.

"Sumqayıt" 24 yaşlı futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında ona uğurlar arzulayıb.

Rezabala ötən ilin fevralından "Sumqayıt"ın heyətində yer alırdı.

Qeyd edək ki, “Sumqayıt” buna qədər Fernando Medeyros, Rəhim Sadıxov, Kristian Velinovski və Nikola Vuynoviçlə əməkdaşlığa son qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest