04 Fevral 2025, 10:42
FUTBOL
"Bavariya"nın hücumçusu Matis Telin karyerasını İngiltərədə davam etdirəcəyi dəqiqləşib. Matc.az xəbər verir ki, adı “Mançester Yunayted”lə birgə çəkilən 19 yaşlı futbolçu “Tottenhem”ə üz tutub.
Bu barədə "Tottenhem"in mətbuat xidməti məlumat yayıb. Razılaşmaya əsasən, Tel cari mövsümün sonunadək icarə əsasında London təmsilçisinin formasını geyinəcək.
Bu müddətdə o, özünü yaxşı tərəfdən göstərə bilsə, “Tottenhem” Teli birdəfəlik transfer etmək xidmətinə sahib olacaq.
Qeyd edək ki, Matis yeni komandasında 11 nömrəli formada çıxış edəcək.