04 Fevral 2025, 14:06
DİGƏR
Formula-1 üzrə Azərbaycan Qran-prisinin vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, təşkilatçılar sentyabrın 19-21-də baş tutacaq yarışın saatlarını açıqlayıb.
Əvvəlcə sentyabrın 19-da saat 12:30-da birinci, 16:00-da ikinci sərbəst yürüş olacaq. Ertəsi gün saat 12:30-da üçüncü sərbəst yürüş reallaşacaqsa, 16:00-da isə təsnifat yarışı təşkil olunacaq.
Əsas yarış isə sentyabrın 21-nə təsadüf edəcək. Pilotlar saat 15:00-dan etibarən yarışa başlayacaqlar.
Qeyd edək ki, Formula 1-də yeni mövsümə martın 16-da Avstraliyada start veriləcək.