04 Fevral 2025, 16:42
FUTBOL
O, yalnız Luis Suares və Kriştiano Ronaldodan geri qalır. Rekordçu Ronaldo 61, Suares isə 66 görüşdə bunu reallaşdırıb.
“Barselona”nın hücumçusu Robert Levandovski XXI əsrdə La Liqada 60 qol həddinə ən tez çatan üçüncü futbolçu olub. Matc.az xəbər verir ki, polşalı forvarda bunun üçün 90 görüş kifayət edib.
O, yalnız Luis Suares və Kriştiano Ronaldodan geri qalır. Rekordçu Ronaldo 61, Suares isə 66 görüşdə bunu reallaşdırıb.
Qeyd edək ki, Levandovski bu mövsüm 21 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə verib.