04 Fevral 2025, 18:10
FUTBOL
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.
Matc.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Fənərbaxça" (Türkiyə) – "Anderlext" (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma fevralın 13-də İstanbulda yerləşən "Şükrü Saracoğlu" stadionunda baş tutacaq.