Şəhriyar Məmmədyarov çempionluq uğrunda Rauf Məmmədovla qarşılaşacaq. Qrossmeysterlərin ilk duelində qalib müəyyənləşməmişdi (0,5:0,5). Teymur Rəcəbov isə səhhətindəki problemlə əlaqədar Misrətdin İskəndərovla üçüncü yer uğrunda görüşə qatılmayacaq.

Bu gün şahmat üzrə Azərbaycan çempionatında həlledici oyunlar keçiriləcək. Matc.az xəbər verir ki, final mərhələsinin ikinci görüşləri baş tutacaq.

Şəhriyar Məmmədyarov çempionluq uğrunda Rauf Məmmədovla qarşılaşacaq. Qrossmeysterlərin ilk duelində qalib müəyyənləşməmişdi (0,5:0,5).

Teymur Rəcəbov isə səhhətindəki problemlə əlaqədar Misrətdin İskəndərovla üçüncü yer uğrunda görüşə qatılmayacaq.

Qadınların yarışında Gövhər Beydullayeva və Günay Məmmədzadə finalda qarşışacaq. İlk oyunda Beydullayeva qalib gəlib. Üçüncü yer uğrunda görüşdə Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova üz-üzə gələcək. Fətəliyeva dünənki ilk dueldə qələbə qazanıb.

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manatdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest