14 Fevral 2025, 21:59
DİGƏR
Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində etimadı layiqincə doğruldublar.
Matc.az xəbər verir ki, U-15 kateqoriyasında yarışan idmançılar bu gün qarışıq-qoşa mübarizəsində final görüşunə çıxıblar.
Gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada Türkiyə təmsilçilərinə 3:2 hesabı ilə qalib gələn idmançılarımız baş mükafata layiq görülüblər.
Xatırladaq ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvar ayında Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafat qazanmışdı.