15 Fevral 2025, 18:54
DİGƏR
Türkiyənin Nevşehir şəhərində təşkil olunan "WTT Youth Contender" turnirinə yekun vurulub.
Matc.az xəbər verir ki, yarışın son günündə U-15 kateqoriyasının şəxsi turnirində mübarizə aparan Onur Quluzadə komandamızın aktivinə daha bir medal yazdırıb.
Yarımfinalda Türkiyə təmsilçisi Kenan Kahramanla qarşılaşan Onur gərgin keçən görüşdə 2:3 hesabı ilə uduzaraq bürünc mukafatla kifayətlənib.
Xatırladaq ki, Onur Quluzadə turnirin U-17 kateqoriyasında da fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı. Qarışıq-qoşa yarışında isə Onur Quluzadə ilə Yağmur Məmmədli U-15 kateqoriyasında baş mükafata layiq görülmüşdü.