Bu gün sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığmalarımız Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Matc.az xəbər verir ki, sərbəst güləşçilər böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Abil İbrahimov və Yaşar Əliyevin rəhbərliyi altında hazırlaşır.

Hazırlıq prosesində iştirak edən sərbəst güləşçilər Murad Haqverdiyev, Abdulrəhman İbrahimov (hər ikisi 45 kq), Ramik Heybətov, Mircavad Nəbiyev (hər ikisi 48 kq), Kənan Heybətov, Rəhman İmanov (hər ikisi 51 kq), Əbülfəz Nəsirov, Zirəddin Bayramov (hər ikisi 55 kq), Sabir Cəfərov, Fərhad Kərimli (hər ikisi 60 kq), Cəbrayıl Hacıyev, Rəşad Əzizov (hər ikisi 65 kq), Məhəmmədəli Əliyev, Məhəmməd Aydayev (hər ikisi 71 kq), Abdulcəlil Şabanov, Fərid Cabbarov (hər ikisi 80 kq), Saqadulla Ağayev, İzzət Aşurov (hər ikisi 92 kq), Hamlet Nəsibli və Nural Vəliyevdi (hər ikisi 110 kq).

Böyük məşqçi Taleh İsrafilov və məşqçi Nazim Əhmədovun başçılıq etdiyi yunan-Roma güləşi üzrə millimizdə isə Fərid Sadıqlı, Təvəkkül Həziyev, Ramal Nəzərli (hamısı 45 kq), Məlik Əliyev, Ziya Babaşov, Cavidan Məmmədli (hamısı 48 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi 51 kq), Nihad Məmmədli, Rəsul Məmmədzadə, Yadigar Qaybəliyev (hamısı 55 kq), Əli Alıyev, Həsrət Cəfərov, Etibar Rzayev (hamısı 60 kq), Xasay Həsənli, Kənan Abdullazadə (hər ikisi 65 kq), Allahverdi Əliyev, Rauf Əliyev (hər ikisi 71 kq), Coco Səmədov (75 kq), Əlisəftər Məmmədli və İbrahim Mehrəliyev (hər ikisi 80 kq) yer alıb.

Qeyd edək ki, təlim-məşq toplanışı iyunda İtaliyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına və iyulda ölkəmizdə təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest