Qadınların yarışında Fəridə Əzizova (67 kq) 1/4 finalda Fil Dişi Sahili təmsilçisinə, kişilərin mübarizəsində isə Milad Beigi Harçeqani (80 kq) Moldova təmsilçisinə qalib gəlib.

İngiltərənin Mançester şəhərində keçirilən taekvondo üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, yarışın dördüncü Azərbaycan millisinin iki üzvü yarımfinala vəsiqə qazanıb.

Qadınların yarışında Fəridə Əzizova (67 kq) 1/4 finalda Fil Dişi Sahili təmsilçisinə, kişilərin mübarizəsində isə Milad Beigi Harçeqani (80 kq) Moldova təmsilçisinə qalib gəlib.

Əzizova yarımfinalda çin, Milad isə Cənubi Koreya idmançısı ilə qarşılaşıb. Fəridə uduzaraq bürünc medalla kifayətlənib, Harçeqani isə görüşünü qələbə ilə başa vurub və finala yüksəlib. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest