09 Mart 2025, 15:40
DİGƏR
Tennis tarixinin ən yaxşı oyunçularından biri Novak Cokoviç son vaxtlar pərəstişkarlarını məyus edir.
Matc.az xəbər verir ki, serbiyalı 2018-ci ildən bəri ilk dəfə ardıcıl üç oyunda məğlub olub.
O, İndian-Uellsdə keçirilən turnirin ikinci turunda dünyanın 85-ci raketkası, Niderland təmsilçisi Botik van de Zandsxulpa 2:6, 6:3, 1:6 hesabı ilə sensasiyalı şəkildə uduzub.
Xatırladaq ki, Cokoviç bundan əvvəl Qətərdə keçirilən turnirdə italiyalı Matteo Berrettiniyə məğlub olmuş, Avstraliya Açıq çempionatında isə zədələndiyini əsas gətirərək Aleksandr Zverevlə görüşü yarımçıq tərk etmişdi.