20 May 2019, 12:42
DÖYÜŞ NÖVLƏRİ
Mayın 22-də çexiyada boks üzrə Usti-nad-Labem Qran-prisi start götürəcək. Matc.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 4 gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan yığması da iştirak edəcək.
Komandamızın baş məşqçisi Vaqif Şirinov çexiyada 4 boksçumuzu sınaqdan keçirəcək.
O, yeni çəki dərəcələri üzrə baş tutacaq Qran-pridə Elvin Məmişzadə (52 kq), Sərxan Əliyev (63 kq), Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqesə (81 kq) şans verəcək.