Apellyasiya Arbitraj Tribunalı “Hypers Guba” – “Şəmkir” oyunu ilə bağlı qərarlar qəbul edib.
Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
Qərarlar II Liqanın XIV turunda keçirilən “Hypers Guba” – “Şəmkir” oyunu ilə bağlı olub:
1. “Hypers Guba Futbol Klubu” tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
2. 1 mart 2025-ci il tarixdə II Liqada XIV turun “Hypers Guba” – “Şəmkir” oyununun 39-cu dəqiqəsində “Hypers Guba” komandasının 11 nömrəli futbolçusu Ruslan Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün futbolçunun 4 oyun cəzalanması və klubun 300 AZN məbləğində cərimə olunması (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 43.3-cü maddəsi) barədə AFFA İntizam Komitəsinin 04 mart 2025-ci il tarixli qərarı oyun cəzası hissəsində dəyişdirilsin.
3. Futbolçu Ruslan Qurbanov barəsində tətbiq olunan 4 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 2 oyunluq cəza şərti olaraq tətbiq edilsin.
4. Futbolçu Ruslan Qurbanov tərəfindən şərti cəzanın çəkilməsinə görə 3 (üç) ay sınaq müddəti təyin edilsin və sınaq müddətinin başlanğıcı 06 mart 2025-ci il tarixdən etibarən hesablansın.
5. AFFA İntizam Komitəsinin 04 mart 2025-ci il tarixli qərarı “Hypers Guba Futbol Klubu” üçün müəyyən olunan cərimə sanksiyasına münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın.
6. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
7. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.