Azərbaycanın 13 şahmatçısı martın 15-26-sı aralığında Rumıniyanın Eferi-Nord şəhərində təşkil olunacaq şəxsi Avropa çempionatına qatılacaq. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Rumıniyada ölkəmizin adından Aydın Süleymanlı, Nicat Abasov, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Read Səmədov, Vüqar Manafov, Şiroğlan Talıbov, Elmar Atakişiyev, Xaqan Əhməd, Süleyman Süleymanlı, Şahin Vəliyev və Ümid Aslanov yarışacaq.

Yarışda yüksək nəticə göstərəcək şahmatçılar Dünya Kubokuna vəsiqə əldə edəcəklər.

Qeyd edək ki, mükafat fondu 100 min avro olan yarış 11 turdan ibarətdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest