16 Mart 2025, 17:15
FUTBOL
İtaliyanın "Milan" klubu yarımmüdafiəçi Kristian Pulişiçlə müqavilənin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabritsio Romano paylaşıb.
26 yaşlı futbolçunun yeni müqaviləsinin müddəti 2029-cu ilə kimi nəzərdə tutulub. Həmçinin onun maaşı da artırılacaq.
Qeyd edək ki, Pulişiç bu mövsüm "Milan"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 38 oyunda 15 qol vurub və 9 məhsuldar ötürmə edib.