Fransa millisinin və "Real"ın hücumçusu Kilian Mbappe yığmanın baş məşqçisi Didye Deşamla bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, o, Deşamla aralarında münaqişə olub-olmaması ilə bağlı sualı cavablandırıb:

- Xeyr! Əgər münaqişə olsaydı, onun zənglərinə heç vaxt cavab verməzdim. Məni tanıyan bilir ki, kiminləsə dalaşsam, əlaqə saxlamıram. Mən yalan danışa bilmərəm. Bu o demək deyil ki, heç vaxt fikir ayrılığı olmur. Olmalarını istəməsəm də ola bilərlər. Mən həmişə məşqçiyə hörmət etmişəm və tanımışam. O, mənim Fransa millisində yeganə məşqçimdir, məni ilk dəfə bura çağırıb. Biz birlikdə uğur qazandıq, ona görə də iki-üç xırda fikir ayrılığına görə münasibətimiz zibil qutusuna atıla biməz.

- Deşamla hansı fikir ayrılıqlarınız olub?
- İnsanların bunlardan xəbəri olmamalıdır. İstənilən işdə həmkarlarla fikir ayrılıqları ola bilər, lakin bu o demək deyil ki, siz onlara hörmət etmirsiniz.

Xatırladaq ki, Mbappe oktyabr və noyabr aylarında millinin iki toplanışını buraxmışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest