20 Mart 2025, 00:17
FUTBOL
Türkiyə Superliqasında baş məşqçi istefası reallaşıb.
Matc.az xəbər verir ki, "Alanyaspor" Sami Uğurlu ilə yollarını ayırıb.
46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Sami Uğurlu ötən ilin noyabr ayında "Alanyaspor"un baş məşqçisi təyin olunmuşdu. Komanda Superliqada 27 turdan sonra 31 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.