İngiltərənin "Mançester Yunayted" və "Arsenal" klubları kanadalı "Lill"in hücumçusu Conatan Devidin transferində maraqlıdır.

Matc.az xəbər verir ki, bu barədə Fransanın "le10sport" nəşri məlumat yayıb.

İngiltərə klubları 25 yaşlı mərkəz hücümçünü yay "transfer pəncərəsi"ndə almaq üçün yarışacaq.

Davidin "Lill"lə müqaviləsi cari mövsümünün sonunda başa çatır ki, bu da onun yayda pulsuz imzalanmasını mümkün edir. Kanadalı forvardın xidmətində İngiltərənin "Tottenhem" və Almaniyanın Dortmund "Borussiya"sı da maraqlıdır.

Qeyd edək ki, Conatan David bu mövsüm bütün yarışlarda 41 matçda 23 qol vurub və 10 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest