"Fənərbaxça" və Bosniya və Herseqovina millisinin hücumçusu Edin Dzeko ciddi zədə alıb.

Matc.az xəbər verir ki, yığmanın kapitanının burnu qırılıb.

Səfərdə Rumıniyaya qalib gəldikləri (1:0) qarşılaşmada start heyətdə meydana çıxan 39 yaşlı hücumçu ilk hissənin sonunda rəqib futbolçusu ilə toqquşub. Meydanı tərk edən Dzeko oyunu davam etdirə bilməyib.

Edin Dzekonun martın 24-də, öz meydanında Kiprlə oyunu buraxacağı bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest