Azərbaycan millisinin heyətində dəyişiklik olub. Matc.az xəbər verir ki, qapıçı Şahrudin Məhəmmədəliyev zədə səbəbindən heyətdən çıxarılıb.

Onun əvəzinə “Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb. 23 yaşlı qolkiper bununla ilk dəfə A milliyə çağırılıb.

Qeyd edək ki, komandamız bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. “Bank Respublika Arena”da təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest