Bu gün Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında şəxsi Avropa çempionatı start götürəcək. Matc.az xəbər verir ki, qitə birinciliyində Azərbaycanı 8 şahmatçı təmsil edəcək.

Bunlar Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Nərmin Abdinova və Lalə Hüseynovadı.

137 şahmatçının iştirak edəcəyi Avropa çempionatının reytinq favoriti Nino Batsiaşvili (Gürcüstan) olacaq. Turnirin mükafat fondu 60 min avroya bərabərdi. Çempion olacaq şahmatçı 10 min avro pul mükafatı qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest