22 May 2019, 13:31
DÖYÜŞ NÖVLƏRİ
Sabah İtaliyanın Sassari şəhərində güləş üzrə Matteo Pellikone Memorialı keçiriləcək. Matc.az xəbər verir ki, mayın 25-dək davam edəcək turnirdə ölkəmizi qadın güləşçilərimiz təmsil edəcək.
Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında son Avropa çempionatının medalçıları - Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova, Tatyana Omelçenko və Elis Manolova (hamısı 62 kq) İtaliyada da uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.