15 Aprel 2025, 10:03
FUTBOL
“Real”ın baş məşqçisi Karlo Ançelottinin “başının üstünü qara buludlar alıb”. Matc.az xəbər verir ki, italiyalı çalışdırıcı cari mövsümün sonunda Madrid klubundan göndərilə bilər.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. “Real”ın Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Arsenal”a məğlubiyyəti rəhbərliyi qəzəbləndirib. Cavab matçında rəhbərliyi razı salacaq nəticə qeydə alınmasa, Ançelotti ilə sözləşməyə xitam veriləcək.
Qeyd edək ki, Ançelottinin klubla 2026-cı ilə qədər müqaviləsi var.