"Bornmut"un yarımmüdafiəçisi ANtuan Semenyo Premyer Liqada klubunu dəyişə bilər.

Matc.az "The Athletic"ə istinaən xəbər verir ki, "Mançester Yunayted" qanalı futbolçunu transfer etmək istəyir. 

"Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim Semenyonun oyununu çox bəyənir. Klubu 25 yaşlı oyunçu üçün 65 minyon funt-sterlinq təzminat tələb edir.

Qeyd edək ki, "Bornmut" Antuan Semenyonu 2023-cü ilin yanvar ayında "Bristol Siti"dən transfer edib. Qana millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi oyunda 10 qol vurub, 6 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest