15 Aprel 2025, 11:31
FUTBOL
"Malaqa"nın futbolçusu Antonio Kordero karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Matc.az xəbər verir ki, "Nyukasl" ispan vingerin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərə klubu yaxın zamanda transferi açıqlayacaq.
Korderonu "Real" və "Barselona" da heyətinə qatmaq istəyirdi. 18 yaşlı oyunçunun seçimi "Nyukasl" olub.
Qeyd edək ki, "Malaqa" Antonio Korderonu 2021-ci ildə "Betis"in akademiyasından transfer edib. İspaniya U-19 millisinin üzvü olan gənc istedad bu mövsüm 2-ci La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.