15 Aprel 2025, 13:40
FUTBOL
"Beşiktaş"da ayrılıq baş verə bilər. Matc.az xəbər verir ki, komandanın portuqaliyalı yarımmüdafiəçisi Rafa Silva başqa klubdan təklif alıb.
Belə ki, “Əl-Əhli” onun üçün hərəkətə keçib. Səudiyyə Ərəbistanı təmsilçisi yayda Rafanı heyətinə qatmaq niyyətindədi. İlkin təkliflə müraciət edən ərəblər bu keçidin baş tutmasında israrlıdılar.
Silvanın özünün də bu transferə qarşı olmadığı bildirilir. Sadəcə, keçidin alınması üçün “Əl-Əhli” rəhbərliyi “Beşiktaş”la da razılığa gəlməlidi.