“Real”ın hücumçusu Kilian Mbappe uzunmüddətli cəza ilə üzləşə bilər. Matc.az xəbər verir ki, fransalı forvard La Liqanın XXXI turunda “Alaves”lə görüşdə aldığı qırmızı vərəqəyə görə, bir neçə görüşü buraxmalı olacaq.
O, qarşılaşmanın 38-ci dəqiqəsində meydanın mərkəzində top uğrunda mübarizə zamanı rəqibin yarımmüdafiəçisi Antonio Blankonu ayağına zərbə vurub. Mbappenin 2 və ya 3 matçlıq sanksiya ilə üzləşməsi gözlənilir. Əgər hücumçu 4 görüşlük cəza ilə üzləşsə, o zaman aprelin 26-da “Barselona”ya qarşı keçiriləcək İspaniya Kubokunun final qarşılaşmasını buraxacaq.
Qaydalara əsasən, bu hallarda iki əsas maddə mövcuddu: birincisi – əgər futbolçu top uğrunda mübarizə aparırsa, ikincisi – topu oynamaq məqsədi yoxdusa. Mbappenin vəziyyəti ikinci maddəyə uyğundu. Ancaq yekun qərarı İntizam Komitəsi verəcək.
Qeyd edək ki, “Real” səfərdə “Alaves”i 1:0 hesabı ilə məğlub edib.