15 Aprel 2025, 17:50
FUTBOL
Argentina millisinin sabiq hücumçusu Serxio Aquero “Barselona”nın cinah oyunçusu Lamin Yamalın “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib. Matc.az xəbər verir ki, onun fikrincə, ispaniyalı hazırda Kataloniya klubunun lideridi.
Ancaq Aquero bu müqayisənin yersiz olduğunu düşünür: “Yamal bu günün “Barselona”sı üçün bir növ Messidi. Amma onları müqayisə etmək çətindi. Messi tayı-bərabəri olmayan yeganə oyunçudu”.
Qeyd edək ki, Lamin Yamal bu mövsüm bütün turnirlərdə 44 oyunda iştirak edib, 14 qol vurub, 21 məhsuldar ötürmə verib.