"Biz mənfi cəhətlərə deyil, müsbət tərəflərə baxmalıyıq. İndiyə qədər parlaq iş görən böyük komandamız var və önəmli olan da budur"

"Barselona" Çempionlar Liqası 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Borussiya"ya 1:3 hesabı ilə məğlub olub.

Matc.az xəbər verir ki, İspaniya təmsilçisi məğlubiyyətə baxmayaraq, iki görüşün nəticəsinə əsasən 5:3 hesablı üstünlük əldə edərək yarımfinala yüksəlib. "Barselona"nın baş məşqçisi Hans Flik matçdan sonra açıqlama verib. Alman mütəxəssis yarımfinala yüksəlməyi böyük uğur adlandırıb:

"Çempionlar Liqasının yarımfinalında olmaq böyük uğurdur və buna sevinməliyik. Əla komandaya qarşı oynadıq. Vacib olan yeganə şey yarımfinalda olmağımızdır. Bu, Avropanın ən yaxşı komandalarından olduğumuzu göstərir. Biz mənfi cəhətlərə deyil, müsbət tərəflərə baxmalıyıq. İndiyə qədər parlaq iş görən böyük komandamız var və önəmli olan da budur. Gördüyümüz işi davam etdirməliyik".

Qeyd edək ki, "Barselona" yarımfinalda "İnter" - "Bavariya" cütünün qalibi ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest