Dortmund “Borussiya”sının hücumçusu Seru Girassi Çempionlar Liqasında rekord müəyyənləşdirib. Matc.az xəbər verir ki, qvineyalı futbolçu bu uğura “Barselona” ilə dünən keçirilən oyunda nail olub.

Belə ki, almanların 3:1 hesablı qələbə qazandığı oyunda hər üç qolu afrikalı vurub. Artıq hesabında 13 qol olan Girassi həm də klubun rekordunu qırıb.

Daha əvvəl avrokuboklarda komandanın bir mövsümdə bombardirlər siyahısında hərəyə 10 qol vuran Robert Levandovski və Erlinq Haaland olub. Qvineyalı hazırda Çempionlar Liqasının bombardiridir. “Barselona”nın futbolçuları Rafinya 12, Robert Levandovski 11 dəfə fərqlənib.

Qeyd edək ki, Girassi mövsümün əvvəlində “Borussiya”ya keçib və Almaniya klubunun heyətində bütün turnirlərdə keçirdiyi 40 matçda artıq 28 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest