19 Aprel 2025, 01:00
DİGƏR
Cənubi afrikalı atlet Akani Simbine 100 metr məsafəni 10 saniyədən az vaxtda qət edərək yamaykalı Useyn Boltun rekordunu yeniləyib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Pulse Sports" paylaşıb.
31 yaşlı idmançı bunu Botsvanada keçirilən "Qızıl Qran Pri" turnirində reallaşdırıb. O, sözügedən məsafəni 9,90 saniyəyə qət etməyi bacarıb. Daha əvvəl bu məsafəyə qaçışda rekord Useyn Bolta (10 saniyə) məxsus olub.
Qeyd edək ki, Akani Simbine Fransada keçirilən Paris Olimpiadasının gümüş mükafatçısıdır.