"Real"ın hücumçusu Kilian Mbappe La Liqanın 33-cü turunun "Xetafe" ilə səfər oyununda meydana çıxmayacaq.

Matc.az xəbər verir ki, Mbappenin topuğundan zədə aldığı üçün növbəti görüşü buraxmalı olacaq.

Fransalı futbolçu La Liqada "Atletik"  ilə son qarşılaşmanı (1:0) diskvalifikasiyaya görə buraxıb və buna zədə də əlavə olunub. 26 yaşlı oyunçunun "Xetafe" ilə qarşıdakı oyun üçün meydana qayıtması gözlənilirdi, lakin görünür, Karlo Ancelotti "Barselona" ilə Kral Kuboku finalı öncəsi forvardı riskə atmaq istəmir.

Qeyd edək ki, Mbappe bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 33 qol vurub və 5 məhsuldar ötürmə edib. 26 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 170 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest