"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Rusiya Premyer Liqasının 26-cı turunun "Rubin" ­– "Fakel" oyunundan əvvəl topa simvolik zərbə vuracaq.

Matc.az xəbər verir ki, bu barədə Kazan komandasının mətbuat xidməti məlumat yayıb.

"Kurban Berdiyev "Fakel"lə oyunun xüsusi qonağıdır! Əfsanəvi "Rubin" çalışdırıcısı azarkeşlərimizin onun adını daşımağa qərar verdiyi "Ak Bars Arena"da sektorun açılışında iştirak edəcək. Bundan sonra Kurban Berdiyev topa simvolik zərbə vuracaq", - klubun məlumatında deyilir.

Qeyd edək ki, görüş bazar günü Kazanda baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest