Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan "Prezident Kuboku-2025" reqatasında birinci yarış gününə yekun vurulub.
Matc.az xəbər verir ki, Suqovuşan su anbarında təşkil olunan ilk mərhələdə 200 metr məsafədə kayak-kanoe yarışları keçirilib.
Azərbaycan təmsilçilərindən Amil Ramazanov, Əlimurad Hacızadə və Mustafa Vəlizadə birnəfərlik kayak qayığında bürünc medala layiq görülüblər.
Yarışlar başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutub. Yer tutanlar medallarla təltif olunublar.
Qeyd edək ki, "Prezident Kuboku-2025" beynəlxalq reqatasında 20-dən çox ölkədən 200-dən artıq idmançı iştirak edir. Bu gün Suqovuşanda start götürən yarış mayın 1-2-də Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.