Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir. Matç.az saytı xəbər verir ki, yarışın 4-cü günündə qadınlardan ibarət yığmamızın üç üzvü mübarizəyə qoşulub.

İrina Netreba ilk görüşdə Peru təmsilçisini sıradan çıxarıb. Millimizin üzvü 1/8 finalda İsveç güləşçisi üzərində qələbə qazanıb. Netreba 1/4 finalda çinli rəqibinə də aman verməyərək yarımfinala yüksələn ilk qadın güləşçimiz olub. Ancaq finalın bir addımlığında kanadalı güləşçiylə bacarmayıb. İrina oktyabrın 24-də bürünc medal uğrunda güləşəcək.
Elis Manolova təsnifat mərhələsində italiyalı rəqibinə uduzub. Avropa çempionatının bürünc medalçısı Səbirə Əliyeva isə 1/8 finalda türk həmkarına müqavimət göstərə bilməyib.
 

Qadın güləşi üzrə dünya çempionatı
24 oktyabr

65 kq
Bürünc medal görüşü - İrina Netreba
1/2 final - İrina Netreba - Danielle Suzanne Lappaqe (CAN) 0:11
1/4 final - İrina Netreba - çuyinq Tanq (CHN) 3:0
1/8 final - İrina Netreba - Henna Katarina Yohansson (SWE) 3:1
Təsnifat - İrina Netreba - Yanet Ursula Sovero Nino (PER) 6:2
68 kq
Təsnifat - Elis Manolova - Dalma Kaneva (İTA) 1:3
76 kq
1/8 final - Səbirə Əliyeva - Yasemin Adar (TUR) 0:10

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest