Hidayət Heydərov Yunanıstan, Rusiya, Kanada, İsveç cüdoçularını məğlub edərək həlledici görüşdə Birləşmiş Ərəb Əmirliklərinin moldovan əsilli idmançısı Viktor Skvortovla qarşılaşlb.

çin Xalq Respublikasında keçirilən cüdo üzrə beynəlxalq turnirin 2-ci günü Azərbaycan millisi üçün uğurlu olub. Matc.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək çin "Qran-Pri"sinin qızıl medalını qazanıb.

Hidayət Heydərov Yunanıstan, Rusiya, Kanada, İsveç cüdoçularını məğlub edərək həlledici görüşdə Birləşmiş Ərəb Əmirliklərinin moldovan əsilli idmançısı Viktor Skvortovla qarşılaşlb. Rəqibini "ippon" təmiz qələbə ilə udan Hidayət Bakı "Böyük Dəbilqə"sindən iki həftə sonra çin "Qran-Pri" yarışının da baş mükafatını qazanıb. Qeyd edək ki, çində 43 ölkədən 298 cüdoçu mübarizə aparır. Azərbaycan beynəlxalq turnirdə 6 cüdoçu ilə təmsil olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest