Türkiyə Super Liqasına vəsiqə qazanan "Kocaelispor"un yeni baş məşqçisi müəyyənləşib.

Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmit təmsilçisini Erol Bulut çalışdıracaq.

Artıq tərəflər arasında anlaşma əldə olunub. 50 yaşlı mütəxəssislə növbəti həftə rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, "Kocaelispor" komandanı 1-ci Liqada çempion edən İsmet Taşdemirlə yollarını ayırıb. Erol Bulutun son iş yeri isə İngiltərə Çempionşip təmsilçisi "Kardiff Siti" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest