Müstəqil atletika qurumu "Athletics Integrity Unit" (AIU) üçtəkanla tullanma üzrə Avropa çempionu, ukraynalı Marina Bex-Romançuku antidopinq qaydalarını pozduğuna görə yarışlardan müvəqqəti kənarlaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə AIU-nun mətbuat xidməti məlumat yayıb.

Qərara əsas olaraq dopinq nümunəsində qadağan olunmuş maddənin (testosteron) aşkar edilməsi göstərilib.

Qeyd edək ki, 29 yaşlı idmançı 2021-ci ildə qapalı məkanda keçirilən Avropa çempionatının qalibi olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest